Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın görüş tarixi və yeri məlum olub.
Qaynarinfo xəbər verir ki, dövlət başçıları aprelin 25-də Vladivostokda görüşəcək.
İki liderin görüşü Russki adasında yerləşən Uzaq Şərq Federal Universitetinin kampusu ərazisində baş tutacaq. Danışıqlardan sonra Putin Çinə gedəcək, Kim Çen In isə aprelin 26-dək Vladivostokda qalacaq. Burada onun üçün mədəni proqram hazırlanıb.
Şərhlər