Yaponiyada müşahidə edilən "Qaemi" qasırğası özü ilə böyük miqdarda yağıntı gətirib.
Qaynarinfo xəbər Mainichi Shimbun-a istinadən xəbər verir ki, Okivana prefekturasının İheya və İzena ərazilərində son 48 saat ərzində 400 millimetr yağış düşüb. Bu, 50 ildə sadəcə 1 dəfə müşahidə edilə bilən rəqəmdir.
"Qaemi" axşam saatlarında Okinavanın əsas adasına çatacaq və Kaqoşima prefekturasına doğru irəliləyəcək.
Əhaliyə sürüşmələr və digər təbii fəlakətlər barədə xəbərdarlıq edilib.
Gülşən
Şərhlər