"Qalatasaray" Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi oyunun heyətini UEFA-ya təqdim edib.
Qaynarinfo xəbər verir ki, baş məşqi Fatih Terim 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudu. Heyətdə 14 legioner yer alıb.
Fatih Terim zədəsi davam edən Fernando Musleradan başqa, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayanı da Bakıya gətirmir.
Qapıçılar: Okan Kocuk, Fatih Öztürk.
Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.
Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.
Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.
Qeyd edək ki, "Qalatasaray" sentyabrın 17-də Bakı Olimpiya Stadionunda "Neftçi"nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.
Şərhlər