İdman 11:55 15.01.2022

“Qalatasaray”ın yeni baş məşqçisi rəsmən açıqlandı

"Qalatasaray”ın yeni baş məşqçisinin adı açıqlanıb. 

Qaynarinfo xəbər verir ki, "sarı-qırmızılar" Domenek Torrenə tapşırılıb. 

Məlumatı İstanbul təmsilçisinin rəsmi saytı yayıb.

İspaniyalı mütəxəssisin müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, "Barselona”, "Bayern” və "Mançester Siti” kimi klublarda Xosep Quardiolanın köməkçisi kimi çalışmış 59 yaşlı məşqçinin son klubu "Flamenqo” olub.