Video 15:10 28.01.2018

Qalmaqallı sözlər: “Yuxuda deputat gördünüzsə, gününüz uğursuz olacaq” (VİDEO)

"Space"də yayımlanan "El bizim, sirr bizim” verilişində maraqlı hadisə baş verib.

Qaynarinfo minval.info-ya istinadən xəbər verir ki, efirə getməyən "Elm, yoxsa din?” mövzu ətrafında hazırlanmış verilişdə bir neçə dəfə mübahisə yaşanıb.

Mübahisələrdən birində Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov maraqlı məsələyə toxunub. O, din tərəfdən çıxış edən psixoloq (İnternet mənbələrində onun müğənni olduğu da ortaya çıxıb – red) Səid Nurtəbriziyə belə bir sual ünvanlayıb: "Müəllifi olduğunuz yuxu yozma kitabında yazmışınız ki, "İnsan yuxuda millət vəkili görürsə deməli onun işi pis gedəcək”. Hansı əsaslarla, araşdırmalarla bu qənaətə gəlmisiniz? Elm bax, belə şeyləri inkar edir”.

Səid Nurtəbrizi isə ona cavabında belə deyib: "Sənin kimi insanlar gedir dolayısı yolla millət vəkili olurlar. Mən onları nəzərdə tutmuşam”.