Xəbər lenti

“Qanun” borca görə oxuculara çağırış etdi - AKSİYA
Sənət 18:25 06.06.2014

“Qanun” borca görə oxuculara çağırış etdi - AKSİYA

“Qanun” nəşriyyatı sabah Nizamı 91 ünvanında növbəti dəfə kitab yarmarkası keçirəcək. 

Nəşriyyatdan AzNews.az-a verilən məlumata görə, yarmarkanı keçirməkdə məqsəd “Qanun”un tərcüməçilər, redaktorlar, korrektorlar və kollektivin digər əməkdaşlarına olan borcunu qismən də olsa ödəməkdir: “Kitaba və nəşriyyatımıza dəstək olmaq istəyənləri sabahkı yarmarkaya dəvət edirik”. 

Qeyd edək ki, Vergilər Nazirliyi apardığı vergi yoxlamalarının nəticəsi olaraq "Qanun" nəşriyyatını 150 min manat məbləğində cərimələyib. Bütün lazımı sənədləri nazirlik əməkdaşları tərəfindən götürüldüyündən nəşriyyatın fəaliyyəti iflic olub. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->