Qapalı məkanlarda Covid-19 xəstələrini necə tanımaq olar? (PROFESSOR)

Qapalı məkanlarda Covid-19 xəstələrini necə tanımaq olar? (PROFESSOR)

"Koronavirus xəstələrinin spesifik xüsusiyyətləri omasa da, bəzi şübhə yaradan əlamətləri var".

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla qapalı məkanlarda koronavirus xəstələrinin tanınmasından danışarkən deyib. Adil Qeybulla qeyd edib ki, koronavirus xəstəliyinin ilk əlamətləri bunlardır:

"İlk növbədə halsızlıq. Əgər xəstə özündə birdən-birə halsızlıq hiss edirsə, mütləq koronavirus infeksiyasına qarşı yoxlanılmalıdır. Bundan əlavə qızdırma, tənginəfəslik, boğulma kimi əlamətləri varsa, dadı, iyi bilmirsə həmin şəxslər də mütləq koronavirus testindən analiz verməlidirlər. Bu əlamətlər olan xəstələrdə koronavirus olmasına şübhə yaradır".

Adil Qeybulla qeyd edib ki, marketlərdə, qapalı məkanlarda, bazarda və s. kimi yerlərdə koronaviris xəstələrini ayrıd etmək çətindir:

"Əgər bir xəstə marketə, bazara getmək iqtidarı varsa, onun koronavirus xəstəsi olmasını təyin eləmək çox çətindir. Ancaq tez-tez öskürək, halsızlıq, asqırmaq  və s. kimi əlamətlərlə xəstələri təyin eləmək mümkündür. Ağzında maska olan şəxslərin xəstə olduğunu ayrıd etmək çətindir. Ona görə də insanlarda ancaq ilk qızdırmanı təyin edirlər. Başqa ölçü vahidi yoxdur. İnsanlar bir-birindən qorunmalıdır. Yoluxma mənbəyi insandır".

Professor bildirib ki, yoluxma riskini azaltmaq üçün ilk öncə karantin şərtlərinə əməl olunmalıdır: 

"Maska taxmaq, məsafə saxlamaq və karantin. Hesab edirəm ki, karantin effektli olsa, bu daha yaxşı vasitədir. Gürcüstan təcrübəsi də bunu göstərir. Amma niyə Gürcüstanda buna nail oldular, Azərbaycanda yox? Bunu analiz eləmək lazımdır. Sərhədlərin vaxtında bağlanmaması, karantin tədbirlərinin effektli aparılmaması, nəzarətin güclü olmaması hamısı öz işini görür. Bundan sonrakı dövrdə insanlara azadlıq vermək lazımdır. Karantini götürmək, əvəzində isə karantin şərtlərinə diqqət eləmək lazımdır".

Bahar Rüstəmli

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR