İdman 21:31 25.01.2022

"Qarabağ" Antalyadan qələbəsiz dönür

Təlim-məşq toplanışını Türkiyədə davam etdirən "Qarabağ" sonuncu yoxlama matçını keçirib.
 
Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası Polşa təmsilçisi "Visla" (Krakov) ilə qarşılaşıb. 
 
"Gloria Sports Arena"da baş tutan və klubların razılığı ilə 3 hissədən ibarət olan görüş qolsuz bərabərliklə nəticələnib.

"Qarabağ” buna qədər "Qaz Metan”la (Rumıniya) qolsuz heç-heçəyə imza atıb, Serbiya təmsilçisi "Baçka Topolas"a 0:1 və və Polşanın digər komandası "Şlyonsk”a isə 2:3 hesabı ilə məğlub olub. Çexiya təmsilçisi "Bohemians"la bu gün baş tutmalı olan matç isə Antalyada yağan qar səbəbindən ləğv edilib.
 
Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?