“Qarabağ” -

“Qarabağ” - "Aşdod" oyununa nə qədər bilet satılıb?

"Qarabağ" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda sabah öz meydanında İsrailin "Aşdod" komandasını qəbul edəcək. 

Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün arenanın ümumi tutumunun 50 faizi qədər - 15 min bilet bilet satışa çıxarılıb. 

Ağdam təmsilçisinin mətbuat xidmətinin yaydığı xəbərə görə, artıq oyuna 7 min bilet satılıb. 

Biletləri mərkəzi arenanın kassalarından, "FAV Azerbaijan"ın ofisindən və klubun "Park Bulvar"dakı fan-şopundan almaq mümkündür.

Biletlərin qiymətləri sektorlar üzrə 3 manat, 5 manat, 10 manat, 20 manat və 30 manat arasında dəyişir.

Qeyd edək ki, "Qarabağ" - "Aşdod" matçı saat 20:00-da start götürəcək.
X
XƏBƏRLƏR
BLOGLAR