Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Qaynarinfo report-a istinadən məlumatına görə, hazırkı çempion "Qarabağ" debütant "Sabah" komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol fasilə ərəfəsində vurulub. 44-cü dəqiqədə Elgün Nəbiyev "Qarabağ" müdafiəçilərinin səhvindən sonra qapıçı Şahrudin Məhəmmədəliyevlə təkbətək çıxaraq, hesabı açıb. 45+1-ci dəqiqədə isə Yakub Jezniçak künc zərbəsindən sonra bərabərlik qoluna imza atıb.
İkinci hissədə "Qarabağ" ardıcıl hücumlar etsə də, qələbə topunu vura bilməyib.
Bu heç-heçədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" 2-ci, 17 xala malik "Sabah" isə 4-cü pillədə qalıb.
Turun açılış oyununda "Qəbələ" səfərdə "Keşlə"yə qalib gəlib - 2:1. Tura noyabrın 25-də "Səbail" - "Neftçi" və "Zirə" - "Sumqayıt" görüşləri ilə yekun vurulacaq.
Şərhlər