Ölkə 17:52 14.06.2021

Qarabağ əlilləri ilə bağlı ayrıca qanuna ehtiyac var – Hərbi ekspert

"Hesab edirəm ki, müharibə əlilləri ilə bağlı ayrıca qanuna ehtiyac var”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Emil Həsənli deyib. O hesab edir ki, müharibə əlilləri ilə bağlı ayrıca qanun qəbul edilməlidir:

"Orada Qarabağ, Əfqanıstan, böyük vətən müharibəsi əlilləri, 20 yanvar façiəsinin əlilləri qanunda əks olunmalıdır. İkincisi, müharibə iştirakçılarına ediləcək imtiyazlar və güzəştlərlə də bağlı müzakirələr gedir, qanunlar qəbul edilir. Bu məsələdə yeni sistemli yanaşma gözləyirik. Hesab edirəm ki, bu istiqamətdə prezidentin ardı-ardınca sərəncamları oldu, icra hakimiyyəti orqanlarında şöbə, YAŞAT fondu yaradıldı. Ümumiyyətlə, Milli Məclisdə şəhid, müharibə ailələri, veterenlarla bağlı bir komitə olmalıdır”.
 
 

Emin Həsənli gələcəkdə sözügedən məsələ ilə bağlı Mərkəzi İcra Hakimiyyəti orqanının olmasının vacibliyini vurğulayıb:

"Bir başa şəhid ailələri, müharibə iştirakçıları, veterenlarla bağlı bir komitə olmalıdır. Düzdür, bu istiqamətdə Əmək və Əhalinin Sosail Müdafiəsi Nazirliyi müəyyən işlər görür. Amma ailə, qadın, uşaq məsələlərində, məcburi köçkünlərlə olduğu kimi müharibə iştirakçıları ilə də bağlı kimitə yaratmağa ehtiyac var. Həmin komitə ancaq onların işi ilə məşğul olmalı, dövlətin onlara verdiyi imtiyazların həyata keçirilməsində bir başa iştirak etməlidir”.

Emin Həsənli gələcəkdə hərbi ombudsmanın yaradılmasına ehtiyac olduğunu da xüsusilə vurğulayıb.

Bahar Rüstəmli