Xəbər lenti

İdman 14:53 16.07.2019

"Qarabağ" Gerye ilə yolları ayırdı (RƏSMİ)

"Qarabağ" haitili futbolçu Donald Gerye ilə yolları ayırıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Gerye Haiti milli komandasının düşərgəsindən ayrılandan sonra Ağdam klubu ilə razılaşdırılmış vaxtda düşərgəyə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani" ilə görüşdə də iştirak etməyib. Bu səbəbdən də klub futbolçu ilə yolları ayırmağa qərar verib.

"Qarabağ" Geryeyə komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?