"Qarabağ" Danimarka "Randers"indən İslandiya milli komandasının qapıçısı Hannes Halldorssonu transfer edib.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi saytı 34 yaşlı qolkiperin fotosunu paylaşsa da, sözləşmə müddəti və detallarını açıqlamayıb. Halldorsson "Randers"in rəsmi saytına açıqlamasında klubunu dəyişmə səbəbini belə izah edib: "Burada keçirdiyim dövrdən çox razıyam. "Randers"də və eyniadlı şəhərdə özümü yaxşı hiss edirdim. Randers gözəl şəhərdir və buradan ayrılmaq asan qərar olmadı. Lakin artıq 34 yaşım var. İndi yeni şeyləri sınaqdan keçirmək və yeni macəra dalınca getmək lazımdır. Klubuma və iki il ərzində birgə olduğumuz hər kəsə minnətdarlıq etmək istərdim. Ümidvaram ki, gələcəkdə "Randers" üçün hər şey daha yaxşı olacaq".
Qeyd edək ki, Hannes Halldorsson Rusiyadakı dünya çempionatında İslandiya millisinin heyətində Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etməklə, daha çox diqqət mərkəzinə düşüb.
Şərhlər