"Qarabağ" - "Sevilya" matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçının təyinatları bəlli olub. 

Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Görüşü Yevqeni Aranovski idarə edəcək. Ona Syomen Şlonçakİqor Alyoxin yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yaroslav Kozık yerinə yetirəcək. 

Matçın hakim-inspektoru Bosniya və Herseqovinadan Elmir Pilav, UEFA nümayəndəsi isə bolqarıstanlı Boris Stankov olacaq. 

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. 
XƏBƏRLƏR
BLOGLAR