"Qarabağ" Hotlandiyanın "Hart” klubunda çıxış edən Kayl Laffertini transfer etmək istəyir.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu Şimali İrlandiya millisinin hücumusu üçün Şotlandiya təmsilçisinə yeni təklif göndərməyə hazırlaşır. 31 yaşlı forvardı "Qarabağ"la yanaşı, Şotlandiyanın "Reyncers” və Cənubi Koreyanın "Seul” klubları da istəyir.
"Reyncers” klubuna "Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard başçılıq edir. Şotlandiya klubu artıq "Hart"a 200 min funt-sterlinqlik təklif göndərib. Amma onların bu təklifi qəbul edilməyib. "Hart" rəhbərliyi Kayl Lafferti üçün 750 min funt-sterlinq (1 milyon 671 min 150 manat) tələb edir.
Qeyd edək ki, Kayl Lafferi peşəkar futbolçu karyerası ərzində İngiltərənin "Barnli", "Darlinqton", "Norviç", "Birmingem", İsveçrənin "Sion", İtaliyanın "Palermo" və Türkiyənin "Çaykur Rizəspor" klublarında çıxış edib. O, 2017-ci ilin yayında "Novriç"dən transfer olunduğu "Hart"ın heyətində ötən mövsüm 41 rəmi oyuna çıxaraq 19 qol vurub və 2 məhsuldar ötürmə edib.
Hazırda "Transfermarkt"ın 1 milyo avro qiymət qoyduğu hücumçu 2006-cı ildən dəvət aldığı Şimali İrlandiya millisində 67 oyun keçirərək 20 qol vurub. O, yığma komandanın heyətində "AVRO-2016"nın final mərhələsində iştirak edib. "Qarabağ"ın istədiyi forvard qrup mərhələsinin Polşa və Almaniya ilə oyunlarının iştirakçısı olub.
Şərhlər