Hüseynbala Səlimov
Siyasət 13:14 08.04.2021

Qarabağda minalanmış ərazilərin xəritəsini kim və necə qaytarmalıdır?

Hüseynbala Səlimov

Ermənilər hər şeydə və hər yerdə yalan danışdıqları kimi minalanmış ərazilərin xəritələrilə bağlı da yalan danışırlar. Belə deyirlər ki, guya bu ərazilərin xəritəsi onlarda yoxdur. Amma ağ yalandır bu, çünki əgər belə olsaydı, minalar onların özlərinə qarşı işləyərdi və onlar işğal etdikləri bu ərazilərdə sərbəst hərəkət edə bilməzdilər.

Əlbəttə ki, mina məsələsi bir az qəliz məsələdir. Son illərə qədər müxtəlif ölkələrin ərazilərində adda–budda İkinci Dünya müharibəsi zamanı basdırılmış minalar, partlayıcı qurğular tapılırdı. Amma İkinci dünya müharibəsinin bitməsindən az qala bir əsrə yaxın vaxt keçib və bu vaxt ərzində yüzlərlə sənəd qəbul edilib bu mövzuda, BMT yaranıb, hansının ki, minalarla bağlı hətta xüsusi missiyası var. 

Ona görə də ilk öncə elə buradan da başlamaq lazımdır. Bu otuz ildə BMT Dağlıq Qarabağa aid dörd qətnamə qəbul etdi, amma problemin həlli, işğal olunmuş ərazilərin azad olması üçün heç nə etmədi və ya edə bilmədi. İndi Azərbaycan öz səylərilə işğal edilmiş əraziləri qaytarıb və faktiki olaraq BMT qətnamələrinin tələblərini yerinə yetiribdir. Odur ki, BMT də zəhmət çəkib problemin çözülməzinə öz töhfəsini verə bilər və yaxud da verməlidir.
"Rusiyaya minnətdar olmalıyıq!” – bəli, insanlarımızın böyük əksəriyyəti İkinci Qarabağ savaşındakı möhtəşəm qələbəmizi orudumuzun rəşadəti və səyilə, qardaş Türkiyənin siyasi, diplolatik və mənəvi dəstəyilə bağlsa da, Rusiya amililini qabardan, belə deyənlər də tapılır.

Yox, biz Rusiyanın son vasitəçilik missiyasının üstündən xətt çəkmək istəmirik. Amma Rusiyanın istəyi o deyildi və o deyil ki, Azərbaycan bu müharibədə qalib gəlsin, yox, onlar bura öz sülhməramlılarını gətirmək istəyirdi və buna da nail oldular. 

Son günlərdə geniş müzakirələrə səbəb olan "İsgəndər” raket kompleksləri də Rusiyanın necə mürəkkəb oyun apardığını sübut edir. Halbuki bu məsələ ilə bağlı ilk xəbərlər hələ Serj Sarqsyan hakimiyyətdə olduğu zaman yayılmağa başlamışdı. O vaxt belə deyildi ki, guya Ermənistana göndərilən raketlər oradakı Rusiya hərbi bazaları üçündür. Amma İknci Qarabağ savaşından qabaq ermənilər lovğalanırdılar ki, KTMT-nın iki üzvündə belə raketlər var və onlardan biri Ermənistandır.

İndi belə məlum oldur ki, guya "İsgəndər”ləri Ermənistana hansısa silah mafiyası göndərib. Əlbəttə ki, silah mafiyası deyilən bir şey var dünyada və biz belə fərziyyəni tamam inkar etmirik. Amma o, yetərincə inandırıcı deyildir, o səbəbdən ki, söhbət yaxın və orta mənzilli ballistik raketlərdən gedir və çətin ki, onlar silah mafiyası üçün əlçatan olsun. 

Üstəlik, bir daha deyirik ki, vaxtilə Ermənistandakı rus hərbi bazasına raket göndərməyə heç bir zərurət yox idi və çox güman ki, İrəvanın əlinə keçən raketlər məhz elə həmin raketlər olub. 

İndi prezident V.Putin Ermənistan rəhbərliyinə və müxalifətinə noyabr və yanvar razılaşmalarına əməl etmək üçün təzyiq edir. Biz bunu yüksək dəyərləndirir və belə hesab edirik ki, bu, Rusiya və Azərbaycan rəhbərləri arasındakı böyük anlaşmanın təzahürüdür. 

Amma bəzən Kremlin özünün və yaxud da ki, bölgədəki rus sülhməramlılarının davranışından elə detallar olur ki, onları yozmaq olmur. Mina məsələsi də bu qəbildəndir. Bu məsələnin həllini sürətləndirmək üçün Moskvanın hər şeyi var: mütəxəssisləri, texnikası və ən başlıcası da Ermənistana təzyiq imkanları. 

Əlbəttə, biz də başa düşürük ki, Kreml İrəvanı tamam əzə də bilməz, o halda bu axmaq ölkədə anti-Rusiya meyilləri güclənə bilər. 

İndi Moskva İrəvandakı prosesləri öz çevrəsində saxlamaq istəyir – Kreml bir tərəfdən N.Paşinyana dəstək verdiyini deyir, digər tərəfdən də eks-prezident R.Koçaryan az qala, dövlət başçısı kimi Rusiyaya səfərlər edir və orada ən yüksək səviyyədə - Putinin özü tərəfindən qəbul olunur, halbuki Moskvada bilməmiş deyillər ki, Koçaryanın və dəstəsinin hakimiyyətə gəlməsi üçün heç bir şansı yoxdur, daha doğrusu, bu dəstə yalnız dövlət çevrilişi yolu ilə hakimiyyətə gələr, fəqət, Rusiyanın sərəncamında başqa bir alternativ də yoxdur ki, o, İrəvanda hakimiyyətə gəslin və Rusiyanın Dağlıq Qarabağ oyununu oynasın - əks təqdirdə İrəvanda elə bir qüvvə hakimiyyətə gələr ki, Qarabağdan vaz keçər və üzünü tamamilə Qərbə tərəf tutar...