Zakir Hüseynov

Blogger
Yazılar
5
Qarabağda qanunsuz silahlı qurumlarla mübarizə belə aparılmalıdır

Qarabağda qanunsuz silahlı qurumlarla mübarizə belə aparılmalıdır

Zakir Hüseynov
 
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə qondarma "Artsax”ın qondarma ortaya çıxardığı dövlət quruluşları ilə yanaşı, "ordusu” da qanunsuz silahlı qurumdur. Bunun bütün dünyada belə bilinib belə görülməsi üçün hər vəchlə çalışmalıyıq. Aşağıda ordumuzun bu qurumu necə ləğv edəcəyinə dair müəyyən mülahizələrə yer verilib.

Lokal silahlı münaqişələrdə qoşunların döyüşdə iştirakı müasir praktikalar nəzərə alınaraq qurulmalı və keçirilməlidir. Təcrübələr göstəriri ki, qanunsuz silahlı qurumlarla mübarizə üzrə qoşun əməliyyatı bir neçə əsas döyüş fəaliyyətləri mərhələsinə bölünə bilər. 

Əməliyyatın birinci mərhələsində döyüş fəaliyyətləri zonasının təcrid olunması həyata keçirilir. Qoşunların fəaliyyəti nəzərdə tutulan bütün ərazidə radioelektron və kütləvi informasiya vasitələri, hərbi, mülkli təyinatlı idarəetmə mərkəzləri REM vasitələrinin tətbiqi ilə susdurulur. Televiziya və radio ötürücülərinin işinin pozulması, mümkün olduqda isə sıradan çıxarılması hərbi münaqişənin informasiya komponentini təcrid etməyə imkan yaradır. Bu mərhələdə tapşırıqların yerinə yetirilməsinə birləşmiş qüvvələrin, digər qoşun növü və qisimlərinin uzaqvuran atəş vasitələri cəlb edilir. Onların əsas tapşırıqları düşmənin uzaq məsafəli silahlarının, kəşfiyyat vasitələrinin, hərbi təyinatlı idarəetmə mərkəzlərinin, silah anbarlarının, həmçinin digər vacib obyektlərinin sıradan çıxarılması, ləğvi və məhv edilməsidir. 

Bununla eyni vaxtda yol keçidlərini, yolları və digər obyektləri müdafiə edən dayaq məntəqələri və blok-postlar yaradılır. Təcrid edilən zonanın perimetri boyu bu rayon ilə yaxın ərazilərdə dayaq məntəqələri və blok-postlar təşkil olunur. Blok-postların müdafiəsinin dayanıqlığı həmlə etməyə cəhd göstərən qanunsuz silahlı qurumların dəstələrinə artilleriya ilə uzaq məsafədən atəşlə zərərvurma hesabına təmin olunur. 

Hər bir dayaq məntəqəsinə burada yerləşdirilmiş topların maksimal atış məsafəsinin təqribən 2/3-si radiusunda, müasir artilleriya sistemləri üçün 10-20 km təşkil edən uzaqlıqda, cavabdehlik rayonu təhkim edilə bilər. Dayaq məntəqələrindən hər biri, mümkün olduqda isə blok postlar da öz cavabdehlik zonasında təyin edilmiş hədləri, məntəqələri və obyektləri qoşunların yerləşdirilməsi ilə deyil, ancaq uzaqvuran atəş vasitələrinin toplanılmış atəş və arakəsmə atəşi sektorları, həmçinin sahələri ilə mühafizə edir. 

Marşurut üzrə hərəkət zamanı qanunsuz silahlı qurumların məhv edilməsi, bir qayda olaraq, dayaq məntəqələrinin və blok-postların atəşi, həmçinin aviasiyanın zərbələri ilə həyata keçirilməlidir. Qeyd etmək lazımdır ki, qoşunların şəxsi heyətinin yüngül atıcı silahları ancaq özünümüdafiə üçün tətbiq edilməlidir. Qanunsuz silahlı qurumların qruplaşmalarına atəşlə zərərvurma yüksək dəqiqlikli raketlərin zərbələri, uzaqvuran artilleriyanın atəşi, radioelektron mübarizə vasitələri, HHM vasitələri ilə həyata keçirilir. 

Təcrid edilmiş zonaların daxilində texniki kəşfiyyat və naviqasiya vasitələrinin (o cümlədən idarə edilən silahı tuşlayan müxtəlif növlü qurğuların) quraşdırılması və səmtləşdirilməsi məqsədi ilə, həmçinin atəşlə zərərvurma, hədəf göstərmə və atəşin düzəliş (təshih) edilməsinə dair məlumatların əldə edilməsi üçün qoşun kəşfiyyatının və digər güc strukturlarının qrupları fəaliyyət göstərə bilərlər. 

Qanunsuz silahlı qurumların idarəetmə mərkəzlərinin susdurulması, imkan olduqda isə məhv edilməsi prinsipial əhəmiyyət kəsb edir, belə ki, onlar olmadığı halda düşmənin komandanlığı birləşmiş qüvvələrin irəliləməsinə effektiv müqavimət göstərmək imkanından məhrum edilir. Əməliyyatın birinci mərhələsinin əsas nəticəsi qanunsuz silahlı qurumların tutduğu ərazi üzərində kəşfiyyat-atəş nəzarəti qoyulması, həmçinin əsas qoşun qruplaşmasının irəliləməsi və açılması olmalıdır. 

Əməliyyatın ikinci mərhələsində qanunsuz silahlı qurumların atəşlə darmadağın edilməsi həyata keçirilir. Bu mərhələnin döyüş tapşırıqlarının yerinə yetirilməsi gedişində düşmənin yenidən aşkar olunmuş uzaqvuran atəşlə zərərvurma vasitələrinin, anbarların və bazaların, bərpa edilmiş idarəetmə məntəqələrinin, həmçinin təcrid edilmiş zonadan çıxmağa və ya daha böyük qruplaşma yaratmağa cəhd göstərən kiçik silahlı qrupların məhv edilməsi nəzərdə tutulur. Zərərvurma vasitələri və döyüş sursatları kifayət qədər olduqda aktiv fəaliyyətləri aşkar edilmiş kiçik qruplar da məhv edilə bilər. Düşmənə kəşfiyyatla nəzarət və atəşlə zərərvurma fasiləsiz olaraq onun təşəbbüslü, məqsədyönlü və mütəşəkkil döyüş fəaliyyətlərinə qadir olmaması faktı aşkar görünənədək həyata keçirilir. Zəruri olduqda əməliyyatın ikinci mərhələnin yekunlaşdırıcı fazasında qoşunların əsas qüvvələrinin bir hissəsi düşmən ərazisində reyd fəaliyyətləri həyata keçirə bilər. Bu, düşmənə uzaq məsafədən atəşlə təsir etmənin mümkün olmaması halında baş verə bilər, məsələn, hava-iqlim şəraitnə, kəşfiyyat vasitələrinin imkanlarının kifayət qədər olmamasına və təcrid edilmiş zonanın daxilində düşmənin mühüm hərbi obyektlərinin yox edilməsinə imkan verməyən digər səbəblərə görə. 

Əsas qüvvələrin fəaliyyətinin istiqamətləri, bir qayda olaraq, yollardan kənarda, yaşayış məntəqələrinin yanından ötüb keçməklə, əksər hallarda qanunsuz silahlı qurumların möhkəmləndirilmiş müdafiə elementlərinin mövcud olmadığı rayonlarda seçilməlidir. Belə istiqamətlərin seçilməsi imkanı olmadıqda qoşunların fəaliyyəti ancaq qanunsuz silahlı qurumların bütün əsas atəş obyektlərinin etibarlı məhv edildiyi yerlərdə həyata keçirilir. Bu zaman, prinsipial olaraq, qoşunlarımızın düşmənin lazımi mövqelərinə girməsinin əsas məqsədi onun qurumlarının qoşunların zərbələri ilə məhv edilməsi deyil, daxili əraziyə nəzarət etməyə və orada qanunsuz silahlı qurumlara effektiv atəşlə zərərvurmanı həyata keçirməyə imkan yaradan dayaq məntəqələri və blok postlar sisteminin yaradılmasıdır.

Əməliyyatın ikinci mərhələsinin əsas nəticəsi düşmən qruplaşmasının nəzarət olunan atəşlə darmadağın edilməsi olmalıdır. Bu zaman qanunsuz silahlı qurumların ayrıca elementləri hətta zonanın daxilində maneələr yaratma, həmçinin mərkəzləşdirilmiş idarəetmə və döyüş fəaliyyətlərinin təmin olunması imkanları mövcud olmadıqda da lokal silahlı müqavimət qabiliyyətini qoruyub saxlaya bilər. Buna görə də düşmənin qalmış qruplarının ləğv edilməsi üçün əməliyyata rəhbərlik edən üst komandirin (rəisin) qərarı ilə daxili qoşunların, bölmələri tərəfindən yaşayış məntəqələrinin, ərazinin, tikili və qurğuların yoxlanılması həyata keçirilir, yəni təcrid edilmiş zonanın daxilində qoşunların aktiv fəaliyyətləri icra edilir. Lakin belə təmizləmələrin keçirilməsi zamanı idarəetmə, kəşfiyyat və zərərvurma alt sistemlərindən ibarət olan atəşlə zərərvurma sistemi əməliyyatın ikinci mərhələsindəki rejimdə olduğu kimi fəaliyyət göstərərək, real vaxt məkanında birləşmiş qüvvələrin fəaliyyətinə müqavimət göstərən və ya zonanın daxilində manevr etməyə çalışan qanunsuz silahlı qurumları məhv edir. Bu zaman ümumqoşun hissə və bölmələri tabeliyə verilmiş və dəstəkləyən artilleriyanın və aviasiyanın, həmçinin tankların və PDM-lərin atəşi ilə, onlara düşmənin tank əleyhinə əl qumbaraatan vasitələrinin atəşinin çatmamasını təmin edən məsafədən, düşmənin qalan qüvvələrini ardıcıl olaraq, hissələrlə məhv etmək imkanına malik olurlar, bu da qoşunların səylərini planlı olaraq lazımı istiqamətlərdə cəmləşdirməyə şərait yaradır. Ağır döyüş texnikası üçün çətin keçilən ərazidə (dağlarda, meşə massivləri və s.) silahlı dəstələrin və qrupların məhv edilməsindən çox onların aşkar olunması problem yaradır. Bu zaman silahlı qurumlar bir qayda olaraq qanunsuz qurumların ən yaxşı silahlandırılmış və təlim keçmiş hissəsindən və ya danışıqlara meyli olmayan muzdlulardan ibarət olur. Buna görə də çətin keçilən rayonların dinc əhali yaşayan ərazilərdən blok-postlar və dayaq məntəqələri sisteminin köməyi ilə təcrid edilməsi, sonradan isə silahlı dəstələrlə mübarizə problemini fasiləsiz sutka boyu kəşfiyyat-atəş nəzarəti metodu ilə aşkar edilmiş qrupları atəş zərbələri və xüsusi hazırlanıb təchiz edilmiş xüsusi qüvvələrin bölmələri ilə məhv edərək həll olunması məqsədəuyğundur. 

Düşmənə uzaq məsafədən təsir göstərmək üçün atəş vasitələri düşmənə taktiki və yaxın əməliyyat dərinliyində zərər vurulması zamanı tətbiq olunur. Bu zaman üstünlük raket qoşunları və artilleriyaya verilir, taktiki zonada əsas hava komponenti kimi üzərində kəşfiyyat və silah tuşlama, həmçinin qismən zərərvurma vasitələri (o cümlədən radioelektron) yerləşdirilən məsafədən idarə olunan pilotsuz uçan aparatların istifadə edilməsi məqsədəuyğundur. Ordu aviasiyası və artilleriya bölmələrinin imkanlarının müqayisəli təhlili göstərir ki, artilleriya bölmələrinin reaksiya vaxtı ordu aviasiyasından 2,5-4 dəfə azdır (Mİ-24V vertolyotları bölmələrinin reaksiya vaxtı 13-24 dəqiqə olduğu halda 2S19 divizionun reaksiyası 5-6 dəqiqə təşkil edir), yaxın perspektivdə isə bu göstəricilər artırıla bilər. Bundan əlavə aviasiya taktiki dərinlikdə atəşlə zərərvurma vasitələri üçün vacib olan qəfillik amilinə malik deyil. Belə ki, aviasiya mühərriklərinin səsi bir neçə on kilometr məsafədən eşidildiyinə görə düşmənin canlı qüvvəsinə gizlənməyə və hava hücumunun dəf edilməsinə imkan yaradır. 

Bununla da görünür ki, müasir əməliyyatlarda artilleriya düşmənin yüksək manevrli obyektlərinə vaxtlı-vaxtında zərərvurma üzrə əhəmiyyətli üstünlüyə malikdir. Bunu da qeyd etmək lazımdır ki, ordu aviasiyası yerüstü hədəflərə zərərvurma effektivliyinə görə idarə olunan döyüş sursatlarını tətbiq etdiyi halda örtülü atəş mövqelərindən qəlpəli-fuqas mərmiləri ilə atəş aparan artilleriya ilə müqayisədə üstünlük təşkil edir, artilleriya yüksək dəqiqlikli mərmilər tətbiq etdiyi halda isə üstünlük onun tərəfində olur. İrimiqyaslı təlimlərin təcrübəsinə görə bir tankın vurulması üçün artilleriyanın idarə olunan mərmilərinin orta məsrəfi bir hədəfə – 1,1 vahid, ordu aviasiyası tərəfindən tətbiq olunan TƏİR isə – 2,9 vahid təşkil edir. Aviasiyanın idarə olunmayan silahlarının tətbiq edildiyi halda onun zərbələrinin effektivliyi əhəmiyyətli dərəcədə vizual görmə şəraitindən, zərərvurma obyektinin yaxınlığında ərazidə seçilən obyektlərin mövcudluğundan asılıdır və bir qayda olaraq, artilleriyanın örtülü atəş mövqelərindən qəlpəli-fuqas mərmilərin tətbiqi ilə atəş effektivliyindən aşağı olur. Bundan əlavə, zərərvurma obyektinin seçilməsində mümkün olan səhvlərə və bombaların atılmasının dəqiq olmamasına görə taktiki dərinlikdə aviasiyanın tətbiqi zamanı öz qoşunlarının təhlükəsizliyinin təmin edilməsində bir çox problemlər yaranır. 

Qanunsuz silahlı qurumlarla mübarizə üzrə əməliyyatların gedişinin təhlili kəşfiyyat-atəş əməliyyatının prinsiplərinin həyata keçirilməsinin zəruriliyini göstərir. Bu zaman kəşfiyyat-atəş əməliyyatının əsas prinsipi - qarşılıqlı məhvetmə ilə nəticələnəcək situasiyalardan yayınaraq qanunsuz silahlı qurumların obyektlərinə birtərəfli atəşlə təsiretmə metodunun seçilməsinin daha məqsədəuyğun olmasıdır. 

Bununla da görünür ki, birləşmiş qüvvələrin döyüş fəaliyyətlərinin əsasını aviasiya və raket qoşunlarının zərbələri, artilleriyanın atəşi, yəni uzaq məsafədən atəşlə zərərvurma qüvvələrinin döyüş fəaliyyətləri təşkil edir. Bunun nəticəsində birləşmiş qoşun qruplaşmasına əməliyyatda düşmənin qoşun qruplaşmalarının məhv edilməsi tapşırıqlarının şəxsi heyətdə az itkilərlə yerinə yetirilməsi təmin olunur. 

Əməliyyatda qoşunların və qüvvələrin tətbiqində əsas məhdudiyyətlər – "öz qoşunlarının minimal itkiləri” və "dinc əhali arasında itkilərə yol verilməməsi” olaraq əməliyyatı həyata keçirən komandanlıq üçün əsas prinsiplərdir. 

Onlara riayət edilmə birləşmiş qüvvələrin fəaliyyət taktikasının dəyişdirilməsi və düşmənin qoşun qruplaşmalarına yaşayış məntəqələrində aviasiya və artilleriya zərbələrinin məhdudlaşdırılması ilə nail olunur. 

Qanunsuz silahlı qurumların yad ərazidə məhv edilməsinin ən effektiv üsulu obyektlərə şəhər və yaşayış məntəqələrindən kənarda cəbhə aviasiyasının kütləvi zərbələrinin tətbiq edilməsidir. 
Qanunsuz silahlı qurumlarla mübarizə üzrə əməliyyatların keçirilmə sərtləri üçün təminedici alt sistemləri (o cümlədən idarəetmə, kəşfiyyat, informasiya və s.) obyektlərinin birinci növbədə məhv edilməsi zərurəti prinsipi əsasdır. Bu prinsiplərə riayət edilmə qanunsuz silahlı qurumların obyektlərinə, idarəetmə məntəqələrinə, hazırlıq bazalarına birinci növbəli raket və aviasiya zərbələrinin endirilməsi ilə icra olunur. 

Qoşunların komandanlığının gördüyü tədbirləri nəzərə alaraq qanunsuz silahlı qurumların qruplaşmaları praktiki olaraq mərkəzləşdirilmiş idarə olunmadan məhrum edilir, onun maddi-texniki təminat sistemi tamamilə dağıdılır. Silahlı qurumların fəaliyyət taktikasının dəyişməsi nəticəsində qanunsuz qurumlar öz fəaliyyətlərinin təqlid edilməsindən birləşmiş qüvvələrin arxasında yerləşən obyektlərinə diversiya basqınlarına keçirlər. 

Qanunsuz silahlı qurumların müdafiəsinin dayanıqlığı dəstələrin manevr imkanları, idarəetmə, kəşfiyyat və maddi-texniki təminat mərkəzləşdirilmiş alt sistemləri ilə təmin edilir. Döyüş fəaliyyətlərinin praktikası bu alt sistemlərin obyektlərinin düşmənin müdafiəsinin stasionar elementlərinə atəşlə təsir etməyə qədər məhv olunmasının zərurəti prinsipinin düzgünlüyünü göstərir. Döyüş fəaliyyətlərinin gedişinin təhlilindən görünür ki, əsasən də əməliyyatın başlanğıcında, qanunsuz silahlı qurumların texnika kolonlarının məhv edilməsinə xüsusi diqqət yetirilir. 

Kəşfiyyat-atəş əməliyyatı nəzəriyyəsinin işlənilib hazırlanması zamanı birinci mərhələdə birləşmiş qüvvələrin yerüstü qruplaşmalarının açılmasının təhlükəsizliyinin təmin olunması, həmçinin silahlı qurumların maddi ehtiyatlarla (silah, digər sursatı və s.) təchizatının, insan resursları ilə tamamlanmasının qarşısının alınması marağında döyüş fəaliyyətləri zonasının təcrid olunmasının həyata keçirilməsi nəzərdə tutulur. Ordu aviasiyasının marşrutda hərəkət edən obyektlərə zərbələri, qalaqların yaradılması, məsafədən minalama və xüsusi bölmələrin fəaliyyəti hərəkət qabiliyyətini xeyli azaldır. Bu tədbirlərin təsiri artıq əməliyyatın birinci mərhələsində əldə edilir. Birləşmiş qoşun qruplaşmasının silahlandırmasında olan yüksək dəqiqlikli döyüş sursatlarının miqdarı və keyfiyyəti döyüş fəaliyyətlərinin aparılma taktikasını əsaslı surətdə dəyişir və qoyulmuş tapşırığın yerinə yetirilmə vaxtını xeyli azaldır. 
Lokal silahlı münaqişənin irimiqyaslı hərbi fəaliyyətlərdən prinsipial fərqlərindən biri yaşayış məntəqələrinin azad edilməsinə (alınmasına) yanaşmadır. Bu fərqlənmə iki əsas məhdudlaşdırıcı şərtlərin yerinə yetirilməsi ilə səciyyələnir. Yaşayış məntəqələrinin alınması zamanı öz qoşunlarının itkilərinə yol verilməməsi, düşmənin dayaq məntəqələrinin məhv edilməsi üçün ancaq ağır silahların məqsədyönlü və kütləvi tətbiqi ilə mümkündür, lakin dinc əhalinin itkilərinə yol verilməməsi zəruriliyindən ibarət olan ikinci məhdudiyyətə görə bunun əhalinin çıxmasınadək edilməsi yolverilməzdir. 

Yaşayış məntəqəsində qanunsuz silahlı qurumların obyektlərinin məhv edilməsi üçün hətta yüksək dəqiqlikli komplekslər (döyüş sursatları) tətbiq edildiyi halda da binalara, mühəndis qurğularına, zavodlara və s. vurulan ziyanın hesablanması tələb olunur.    

Hesablamaların göstərdiyi kimi, bununla bərabər, lokal münaqişənin gedişində qoşunların hərəkəti üçün yandan ötüb keçən yolun çəkilməsi, müvəqqəti körpünün tikilməsi, keçidin yaradılması yaşayış məntəqəsinə həmlə etməkdən daha əlverişlidir. Həmləyə qərar qəbul olunarkən bunun nəinki böyük itkilərlə nəticələnəcəyini, həmçinin dağıdılmış yaşayış məntəqəsinin sakinlərinin qoşunlara münasibəti də nəzərə alınmalıdır. Məhz buna görə də qoşunların irəliləməsi gedişində yaşayış məntəqələri mümkün olduqca yandan ötüb keçilməlidir. Əlbəttə ki, bu nəticə yaşayış məntəqəsinin yandan keçilməsi və ya mühasirədə qoyularaq tərk edilməsi mümkün olmayan situasiyalara aid etmək olmaz. Bu halda daha optimal çıxış yolu atəşlə həmlədən ibarətdir. 

Beləliklə, qanunsuz silahlı qurumlarla mübarizə üzrə əməliyyat prinsipial olaraq xarici dövlətin nizami ordusu ilə müharibədən fərqlənir. Belə əməliyyat, əsas xüsusiyyəti düşmənin təsir edə bildiyi məsafələrdən kənarda olan zonalardan uzaq məsafəli atəş zərbələri ilə darmadağın edilməsi olan, kəşfiyyat-atəş əməliyyatı prinsipi əsasında qurulur. Belə olduqda, əməliyyatın əsas məzmunu aviasiyanın raket qoşunlarının və artilleriyanın fəaliyyətindən ibarətdir. 

Qanunsuz silahlı qurumlarla mübarizə üzrə keçirilmiş əməliyyatların təcrübəsi göstərdi ki, əsas komponenti düşmənə dərin atəşlə zərərvurma olan döyüş fəaliyyətlərinin aparılmasının əsas problemi silahlı münaqişənin bütün ərazisində effektiv zərbələrin endirilməsinə xidmət edən  kəşfiyyat-informasiya məkanının yaradılmasıdır. Raket qoşunları və artilleriya mütəxəssisləri tərəfindən bu məsələ artıq sonuncu onilliklər ərzində bir neçə dəfə qaldırılmış, lakin tələb olunan qaydada həll edilə bilməyib. Bunun səbəblərindən biri də tapşırıqların yerinə yetirilməsi zamanı, əsasən motoatıcı və tank qoşunlarının fəaliyyətləri ilə tutulması zəruri olan rayonlar və hədlər, zərbə istiqamətləri, yarma sahələrinə və s. görə qərarın qəbul edilməsi imkanını təmin edən düşmən haqqında kəşfiyyat məlumatlarının əldə edilməsi ümumqoşun komandanlarını və komandirlərini tam qane etməsidir. Bu informasiya əməliyyatın gedişində vaxtlı-vaxtında manevr icra edilməsinə imkan verir. Müvafiq kəşfiyyat məlumatlarının alınması agentura, vizual hava, qoşun, artilleriya (optik) kəşfiyyatı tərəfindən lazımi səviyyədə təmin edilir, lakin bunlar effektiv atəşlə zərərvurma marağında zəruri olan informasiyanın alınması problemini vaxtlı-vaxtında aşkar etməyə imkan vermir.

Əməliyyatda, qoşunların hərb məharətinin və taktikanın yeni qaydaları ilə fəaliyyət göstərməyə başlayaraq öz atəş üstünlüyünün həyata keçirilməsini əsas götürdüyü halda görünür ki, mövcud olan obyektiv üstünlük müasir kəşfiyyat komplekslərinin olmaması və atəş bölmələrinin idarə edilməsinin avtomatlaşdırılmasının vasitələrinin qeyri-qənaətbəxş vəziyyəti atəşlə zərərvurmanın effektivliyini əhəmiyyətli dərəcədə azaldır. 

Belə vəziyyətin nəticəsi birləşmiş qüvvələrin qanunsuz silahlı qurumların yerləşdiyi təcrid olunmuş zona üzərində, həmçinin onlardan azad edilmiş ərazilərdə də kəşfiyyat-atəş nəzarətini tam həcmdə həyata keçirilməsinin mümkün olmamasıdır. Məhz buna görə də qoşun əməliyyatının praktiki olaraq birbaşa yerüstü fazadan başlanılması məcburiyyəti yaranır, həmin səbəbə görə də silahlı qurumlardan azad olunmuş ərazilərin nəzarət altında saxlanılması üçün orada daima daxili qoşunların olması zəruridir. 

Mövcud şəraitdə silahlandırmada olan texniki kəşfiyyat vasitələri müasir artilleriya və əsasən də raket komplekslərinin bütün çatma dərinliyinə nəzarəti təmin etməlidir. 

Müasir şəraitdə qanunsuz silahlı qurumlarla mübarizə üzrə qoşun əməliyyatlarında düşmənə atəşlə zərərvurma sisteminin yaxşılaşdırılması üçün əsas istiqamətlər – perspektiv kəşfiyyat-atəş komplekslərinin yaradılması, onların tərkibində atəşin, yüksək dəqiqlikli döyüş sursatlarının və kəşfiyyat komplekslərinin idarə olunmasının avtomatlaşdırılması vasitələrinin işlənilib hazırlanması, mövcud olan silahlandırma nümunələrinin, əsasən də idarəetmə və rabitənin, texniki avtomatlaşdırma vasitələrinin təkmilləşdirilməsi ola bilər. 

Bu zaman mövcud olan silahlandırmada zərərvurma vasitələrinin potensial atəş imkanları informasiya alt sistemlərinin (kəşfiyyat və avtomatikləşdirilmiş idarəetmə) imkanlarından geri qalmamalıdır. Effektiv atəş zərbələrinin hazırlanması və endirilməsinə görə kifayət qədər tam və vaxtlı-vaxtında informasiyanın olması üçün silahlandırmada göstərilənlər olmalıdır:

– məsafədən quraşdırılan seysmo-akustik göstəriciləri olan kəşfiyyat kompleksi. O, düşmənin yerləşdiyi yerdə hərəkət edən obyektlərin (o cümlədən piyadanın), atəş aparan topların, minaatanların və buraxma qurğularının artilleriya üçün zəruri olan dəqiqliklə koordinatlarını müəyyən etmək üçün informasiya-kəşfiyyat sahəsi yaratmağa imkan verməlidir;

– sutkanın istənilən vaxtında düşmənin ərazisində vizual nəzarəti həyata keçirməyə imkan verən və artilleriyanın atəşinə düzəlişlər etməyi təmin edən, həmçinin daha mühüm ayrıca hədəflərin yüksək dəqiqlikli mərmilərlə məhv edilməsi üçün onların optik və İQ (infraqırmızı) diapazonlu televiziya aparatlarından lazer işiqlandırılmasını həyata keçirən məsafədən uçuşu idarə edilən kəşfiyyat uçuş aparatları;

– çıxarılan yüksəklik platforması ilə (10-20m) ərazinin optik və İQ diapazonlarda (televiziya vasitələri) və radiolokasiya (RLS) rejimində kəşfini aparmağa, zəruri olduqda hədəflərin koordinatlarını müəyyən etməyə və onların lazer işiqlandırılmasını (lazer məsafəölçən-hədəfgöstəricisi) həyata keçirməyə imkan verən kəşfiyyat kompleksi; 

– düşmənin atış aparan toplarının (minaatanlarının) radiolokasiya kəşfiyyatı kompleksi;

– düşmənin obyektlərinin ilin və sutkanın istənilən vaxtlarında koordinatlarını müəyyən etməyə imkan verən vertolyot bortuna quraşdırılan kəşfiyyat radiolokasiya kompleksi. 

Ümumqoşun birliyi komandanının sərəncamında olan kəşfiyyat və zərərvurmanın bütün qüvvə və vasitələri vahid avtomatlaşdırılmış kəşfiyyat-atəş sistemində birləşdirilməlidir.
Məlumdur ki, bu komplekslərin mövcud olmaması bir qədər manevr həyata keçirməklə, motoatıcıların və desantların fəaliyyətləri ilə uzaq məsafədən atəşlə zərərvurma qüvvələrinin natamam realizə olunmasını (potensial imkanlarının 30%-dən çox olmayaraq) kompensasiya edən qoşunların sayı ilə əvəz edilə bilər. 

Birləşmiş qoşun qruplaşmasının ərazinin dərinliyinə irəliləməsi və dayaq məntəqələri sisteminin yaradılması mümkün itkilərin intensivliyi nöqtəyi-nəzərdən əməliyyatın daha mürəkkəb dövrüdür. Məcburi görülmüş taktiki tədbirlər olan yollardan kənarda hərəkət, yaşayış məntəqələrinin və texnika üçün çətin keçilən zonaların yandan keçilməsi əhəmiyyətli dərəcədə şəxsi heyətin itkilər riskini xeyli azaldır. Bununla bərabər, irəliləyən qoşunlar və qanunsuz silahlı qurumlar arasında qaçılmaz atəş kontaktı aşağıdakı situasiyalarda yolverilməz böyük itkilərlə nəticələnə bilər:

– qanunsuz silahlı qurumların yaxın məsafədən (pusqudan) dayaq məntəqəsi rolunda çıxış edən bölmələrə həmləsi; 

– silahlıların pusqulardan döyüşqabağı düzülüşdə və ya kolonda hərəkət edən bölmələrə atəş basqını və sonrakı həmləsi (o cümlədən mühəndis qurğularının və mina sahələrinin tətbiqi ilə); 

– birləşmiş qüvvələrin hərəkətdə olan və hərəkətsiz bölmələrinə atıcı silahların, RPQ və TƏİR tətbiqi ilə həmlə cəhdi olmadan pusqulardan zərərvurma atəşinin aparılması. 

Qeyd etmək lazımdır ki, birləşmiş qüvvələr tərəfindən qabaqcadan möhkəmləndirilmiş rayona (mövqelərə) həmlə və yaşayış məntəqəsinin ələ keçirilməsinə görə döyüş, yəni aktiv hücum fəaliyyəti tipli döyüş situasiyaları kimi nəzərə alınmır. 

Düşmənin ərazisinin dərinliyində olarkən birləşmiş qüvvələr belə situasiyalardan yayınmalıdırlar, belə ki, əsas müdafiə elementlərinin uzaqvuran atəş vasitələrinin atəşi ilə məhv edilməsi icra edilmədən itkilərin olması labüddür. Yaxın məsafədən həmlənin sürətli keçdiyinə görə mümkün olan atəşi idarəetmə sisteminin reaksiya vaxtı, onun yüklü olması və mərminin uçma vaxtını (aviasiyanın uçma vaxtını) nəzərə almaqla əsas vəzifə həmin bölmənin atəş vasitələrinin üzərinə düşür. 

OXŞAR XƏBƏRLƏR