Qarabağda xidmət edən hərbçilərlə bağlı şad xəbər gözlənilir - Ekspert

Qarabağda xidmət edən hərbçilərlə bağlı şad xəbər gözlənilir - Ekspert

"Qarabağda ağır şəraitdə xidmət edən hərbçilərin yanvar və fevral ayından olan kəsirləri ödənilib”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə geniş müzakirə olunan hərbiçilərin maaşları ilə bağlı problemin həll olunması istiqamətində addımlar atılacağı şübhəsizdir:
 
 

"Lakin bu addımların atılmasına dair hələlik rəsmi məlumat yoxdur. Amma bir çox hərbi hissələrdən maaşlarım ödənilməsi ilə bağlı məlumatlar daxil olur. Yanvar və fevral aylarında bir qat maaş alan və daimi yaşayış məntəqəsindən kənarda xidmət edən, döyüş vəzifələrini yerinə yetirən heyətlərin maaşalarının kəsir hissəsini də aldıqları barədə məlumatlar var. Düşünürəm ki, yaxın vaxtlarda bu barədə rəsmi məlumatlar mətbuatda dərc ediləcək”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR