Xəbər lenti

İdman 23:26 21.01.2026

"Qarabağ" - "Ayntraxt" oyununda dördüncü qol (YENİLƏNİR)

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.

Qaynarinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək.

Qarşılaşmanın baş hakimi isveçrəli Sandro Şerer olacaq.

Xatırladaq ki, Azərbaycan çempionu hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi isə 4 xalla 33-cü sıradadır.
 
Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar

21.45 Qarabağ (Azərbaycan) - Ayntraxt (Almaniya) 2:2
Qollar: Kamillo Duran, 4; 80 - Can Uzun, 11. Fares Şaibi, 78-pen.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran. 
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ayntraxt: 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun.
Ehtiyat oyunçular: 23. Mixael Setterer, 33. Yens Qral, 5. Aurele Amenda, 6. Oskar Höylund, 8. Fares Şaibi, 18. Mahmud Dahud, 19. Jan-Matteo Baoyya, 26. Aurelio Buta, 27. Mario Götse, 41. Fusseni Dumbiya, 45. Marvin Dills, 53. Aleksander Ştaff.
Baş məşqçi: Dennis Şmitt.
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə).
VAR: Fedayi San (İsveçrə).
AVAR: Lukas Fendrix (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
--> -->