Xəbər lenti

İdman 15:38 17.05.2024

"Qarabağ"ın iki komandası Qətərə gedir

"Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.

Qaynarinfo Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 "Aspire Academy Friendly Series”də iştirak edəcək.

Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->