Xəbər lenti

Foto 14:17 03.05.2019

"Qarabağ"ın futbolçusu qol rekordunu qırdı: 27 oyun, 64 qol (FOTOLAR)

Azərbaycanın futbolçu üzrə aşağı liqalarında qol rekordu qırılıb.

Qaynarinfo aut.az-a istinadən xəbər verir ki, bu uğura "Qarabağ"ın U-14 komandasının üzvü Qarayev Amin İlqar oğlu imza atıb.

 
Gənc futbolçu meydana çıxdığı 27 oyunda 64 qola imza atıb. Bununla da o, 1999-cu il təvəllüdlü Pilağa Mehdiyevin rekordunu qırıb. Pilağa 52 qol vuraraq rekord müəllifi olmuşdu.

Amin Qarayev ən məhsuldar oyunçu olaraq AFFA tərəfindən xüsusi diplomla təltif edilib.

Qeyd edək ki, U-14 liqasında çempion "Sabah" olub. "Binə" ikinci, "Qəbələ" üçüncü yeri tutub. Amin Qarayevin komandası "Qarabağ" isə 4-cü yerlə kifayətlənib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->