Xəbər verdiyimiz kimi, “Qarabağ”ın legioneri Donald Gerryeyə ağır itki üz verib. Haitili futbolçunun Miah adlı qızı vəfat edib.
Yenicag.az-ın məlumatına görə, “Qarabağ”a transfer olunduqdan sonra ailəsini də Bakıya gətirən yarımmüdafiəçinin vəfat edən qızının səhhətində yaranan problem anadangəlmə olub. Belə ki, yaxalandığı virus körpəyə cəmi 18 ay yaşamağa imkan verib.
Nəticədə Donald Gerryenin qızı bu gün Bakıda dünyasını dəyişib. Məlumata görə, futbolçu övladının cənazəsini xanımının vətəninə – Polşaya apararaq orada dəfn edəcək. Artıq bununla bağlı prosedurlar da başlanıb.
Qaynarinfo.Az
Şərhlər