"Qarabağ"ın müdafiəçisi 100-ü "vurdu"

Abbas Hüseynov "Qarabağ”da 100-cü oyununu keçirib.
 
Qaynarinfo PFL-in rəsmi sayına istinadən xəbər verir ki, müdafiəçinin yubileyi Premyer Liqanın XIII turuna təsadüf edib. "Sabah”la matç (5:1) onun üçün əlamətdar olub.

Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub. O, Premyer Liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Abbasın debütü 2017-ci il avqustun 11-də "Neftçi” ilə səfər oyununa (3:1) təsadüf edib.
 
"Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas bu siyahıda 49-cudur.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X