“Qarabağ”ın Zubir üçün Fransa klubundan istədiyi məbləğ

“Qarabağ”ın Zubir üçün Fransa klubundan istədiyi məbləğ

Abdullah Zubirin adının ilk turda protokola salınmaması təsadüfi deyil. "Qarabağ” çempionatın açılış matçında Mərakeş əsilli fransızı oynatmamaqla onu satmağa hazırlaşdığını göstərdi.

Zubirlə Fransanın "Genqam" klubu maraqlanır. Komandanın baş məşqçisi Patris Leyr də yarımmüdafiəçini transfer etmək istədiklərini bildirib. Bir neçə gün öncə klub rəsmilərindən ikisi məhz bu keçidi reallaşdırmaq arzusuyla ölkəmizə gəlib. Əldə etdiyimiz məlumata görə, ağdamlılar istədikləri məbləği alacaqları halda Zubirlə vidalaşmağın əleyhinə deyil.

Ötən ilin yayında "Lans"dan Ağdam klubuna gələn futbolçu özü də Fransaya qayıtmaqda maraqlıdı. "Qarabağ"la 2020-ci ilin yayına qədər müqaviləsi olan cinah oyunçusu klubların anlaşmasını gözləyir. "Genqam” 1,2 milyon avro transfer haqqı təklif edirsə, "Qarabağ” məbləğin daha 50 faiz artırılmasını istəyir.

Zubirin ilk turda meydana buraxılmaması onun Avropa Liqasının pley-off matçına qorunması ilə bağlı idi. Eyni zamanda danışıqlar davam etdiyindən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu kənarda saxlamağı, çempionatda debüt etməməsini məsləhət bildi. "Linfild”lə oyunlardan sonra Zubir haqqında son qərar veriləcək.

Mənbə: matc.az

XƏBƏRLƏR
BLOGLAR