Qaradağ rayonunda karantin qaydalarını pozaraq nişan mərasimi etmək istəyən şəxslər cərimələniblər.
DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən rayonun Korgöz qəsəbəsində karantin qaydalarını pozaraq nişan mərasimi keçirilməsinin qarşısı alıb.
Mərasimin təşkilatçısı Abşeron rayon sakini Elşən Verdiyev və nişan zamanı orada olan 15 nəfər barəsində inzibati protokol tərtib olunub. Onların hər biri 200 manat cərimə ediliblər.
Şərhlər