Azərbaycan və Fransa (Memuar Films, Caracteres Productions) istehsalı olan filmin prodüserləri İntiqam Hacılı və Elvin Adıgözəl, ko-prodüseri Etyen de Rikodur. Rejissoru Elvin Adıgözəl olan ekran əsərinin musiqisi Alain Kremskinindir, art-direktoru isə Nilufər Hacılıdır.
Qaynarinfo xəbər verir ki, filmdə Elşən Ədalətli, Pərviz Gülməmmədov, Nigar Kulahmədova, Ayşad Məmmədov, Cahangir Məlikov, İlqar Dadaşov, Tərlan Rəsulov, Ziyadxan Əliyev, Ruslan İsmayılov, Vüqar Arıqlar, Əhməd Qala, Tarix Vüsallı, Təzəxan Bəşir, Sevil Əlibəyli, İntiqam Hacılı, Elvin Adıgözəl çəkiliblər.
2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalın əsas yarışma bölməsində iştirak edən filmin çəkilişləri Biləsuvar rayonunda və Bakı şəhərində aparılıb.
"Qaranlıqdan reportaj” tammetrajlı bədii filmi Marsel Beynəlxalq Film Festivalında iştirak edən ilk Azərbaycan filmidir. Bu, həm də Azərbaycanda müstəqil kinonun (independent cinema) uğuru kimi dəyərləndirilir.
Bölgə müxbiri çalışan Kərim düşdüyü tələdən qurtulmağa və karyerasını nizamlamağa çalışsa da, həmkarlarından gözləmədiyi hərəkətlərlə qarşılaşır. Bu isə digər həmkarının həyatı üçün təhlükəyə səbəb olur. Kərim vicdan əzabı ilə üz-üzə qalır.
Azərbaycanda filmin təqdimatı 11 dekabrda ADO teatrında keçiriləcək. Giriş dəvətnamə ilədir.
Şərhlər