Xəbər lenti

Dünya 15:57 18.02.2020

Qasım Süleymaniyə daha bir heykəl qoyuldu (FOTO)

İranın Əhvaz şəhərində ABŞ silahlıları tərəfindən öldürülən İran İnqilab Keşikçiləri Korpusunun Qüds qanadının komandanı general Qasım Süleymaniyə heykəl qoyulub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, noyabr ayında ölkədəki etirazların yatırılması və çox sayda insanın ölümünə görə SEPAH-ı günahlandıran fəallar isə heykəlin qoyulmasına qarşı çıxaraq, İslamda heykəl qoyulmasına yaxşı baxılmadığını xatırladıblar.

Əhvaz bələdiyyə sədri isə açılışda bunun qürurverici hal olduğunu və şəhərdəki küçələrdən birinə də Süleymani ilə birgə öldürülən Əl Mühəndisin adının verildiyini deyib.

Qeyd edək ki, bundan öncə də Livanda İsraillə sərhəddə yerləşən, Hizbullahın nəzarətindəki Marun əl-Ras qəsəbəsində Süleymaniyə heykəl qoyulmuşdu. Bu addım sosial şəbəkələrdə livanlıları tərəfindən tənqid olunmuşdu. İsrail isə buna İsrail Dövlətinin qurucusu Teodor Herzlın heykəli ilə cavab vermişdi.

Camal
 
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->