Xəbər lenti

Qasımi ABŞ-ı
Dünya 16:35 30.07.2018

Qasımi ABŞ-ı "etibarsız" adlandırdı

İranın xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasımi ABŞ-ı "etibarsız" adlandırıb.

Qaynarinfo xəbər verir ki, mətbuat konfransında çıxış edən Qasımi bildirib:
"ABŞ-ın İranla imzaladığı nüvə razılaşmasından çəkilməsi, İran xalqı əleyhinə təzyiq və sanksiya tətbiq etməsi, İran əleyhinə düşməncə addımlar atması müzakirə üçün şəraitin olmadığı göstərir. Mövcud ABŞ rəhbərliyi ilə müzakirə masasına oturmaq mümkün deyil. ABŞ etibarsız olduğunu göstərdi".

Qeyd edək ki, ABŞ ötən aylarda İranla imzalanmış nüvə sazişindən imtina etməsi və bu ölkə əleyhinə atdığı addımlarla diqqət çəkir.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->