Dünya 13:10 22.05.2020

Qaşıqçının ailəsi qatilləri bağışladı

Səudiyə Ərəbistanının İstanbuldakı Konsulluğunda vəhşicəsinə öldürülən jurnalist Camal Qaşıqçının oğlu Salah Qaşıqçı ailəsi adından Tvitterdə açıqlama yayımlayıb.

Qaynarinfo xəbər verir ki, atalarının qatillərini bağışladıqlarını qeyd edən Salan Allahın mərhəmətini qazanmaq üçün belə bir qərar aldıqlarını yazıb.

"Bir pisliyin qarşılığı ona bərabər davranışdır, amma kim bağışlayar və düzəltmə yolunu tutarsa, onun mükafatını Allah verir. Şübhəsiz ki, o, haqsızlıq edənləri sevməz", - deyə Qaşıqçının oğlu paylaşımında Şura surəsindən bir ayətə yer verib.

Daha öncə də verdiyi açıqlamasında atasının ölümünün siyasiləşdirilməsini istəmədiyini deyən Salan Səudiyyə Ərəbistanı kralı Salman bin Əzizin ona başsağlığı verərəkən çəkilmiş narahat görüntüsü ilə sosial şəbəkədə tanınmışdı.

Qeyd edək ki, Qaşıqçı 2018-ci ilin oktyabrın 2-də öldürülüb. Cinayətdən sonra Qaşıqçının nə vaxt, harda və necə öldürülmsinə dair məlumatlar ortaya çıxdı, lakin cəsədinin harda olduğu hələ də məlum deyil. Vaşinqton Post nəşri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Qaşıqçının ölüm əmrini Səudiyyə şahzadəsi Məhəmməd İbn Salmanın verdiyi qənaətinə gəldiyini yazmışdı. BMT-nin İnsan Hüquqları Ali Şurası isə 101 səhifəlik hesabatında Səudiyyə Ərəbistanını Qaşıqçını qəsdən və iradəli şəkildə öldürməkdə ittiham etmişdi.

Camal