Jurnalist Camal Qaşıqçının qətlində ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin də adı hallanıb.
Qaynarinfo xəbər verir ki, "Washington Post"un iddiasına görə, Kuşner vəliəhd şahzadə Salman ibn Məhəmmədə düşmən siyahısı təqdim edib. Bu, ötən ilin oktyabrında Kuşnerin Səudiyyəyə səfəri zamanı baş tutub. Həmin siyahıda Qaşıqçının da adı olub.
Tərəflər Ər-Riyadda uzun görüş keçirmiş, Səudiyyə əsilli müxalif qüvvələr müzakirə mövzusu olmuşdu. Ötən ilin noyabrında 300-dən çox vəzifəli şəxsi, bir çox şahzadəni hədəf alan həbslərin baş tutması, bəzilərinin sirrli şəkildə ölümü bu görüşlə əlaqələndirilir. O dövrdə keçirilən əməliyyat 18 milyard dollarlıq sərvəti ilə bilinən şahzadə Əl Valid bin Talala da təsir göstərmiş, şahzadələr bir müddət Ritz Carlton Otelində həbsdə saxlanılmışdı.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp əməliyyata dəstək verən fikirlər səsləndirmişdi.
Camal Qaşıqçı 2 oktyabrda İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşüb. Ölkə jurnalistin ölümünü təsdiq edib.
Gülşən
Şərhlər