Xəbər lenti

QAT-dan Müsavat, AXCP və Ümid Partiyasına qarşı BƏYANAT
Siyasət 13:26 03.07.2013

QAT-dan Müsavat, AXCP və Ümid Partiyasına qarşı BƏYANAT

Qarabağ Azadlıq Təşkilatı (QAT) Gürcüstanda keçirilən “Gənc Siyasətçilərin Forumu”nda bəzi müxalif partiyaların gənc üzvlərinin iştirakı ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, bu gənclərin tədbirdə Azərbaycanın milli maraqlarına zidd hərəkətlər etməsi ilə bağlı məlumatlar ciddi narahatlıqlar doğurur: “Məlumata görə, forumda Müsavat, AXCP, Ümid Partiyasının üzvləri ermənilərə xüsusi isti münasibət göstərir, ermənilərlə heç bir düşmənçiliyin olmadığını, sanki bizim torpaqları işğal etmədiklərini nümayiş etdirir, yeyir-içir, əylənir, Azərbaycan xalqının maraqlarına uyğun olmayan çıxışlar edir, Avropanın gözünə girmək üçün ermənilərlə dostluq münasibətləri qurmağa çalışırlar”.

QAT hesab edir ki, adları çəkilən partiyaların rəhbərləri bu məsələni dərhal araşdırmalı və cəmiyyətə açıqlama verməlidirlər: “Əgər deyilən faktlar təsdiqini taparsa, həmin gənclər ciddi şəkildə cəzalandırılmalıdır. Biz narahatlıqla bildiririk ki, bəzi partiyaların apardığı yanlış siyasət bu cür antimilli gənclərin yetişməsinə şərait yaradır. Avropanın, Qərbin hansısa məsələdə dəstəyini qazanmaq, maliyyə əldə etmək naminə milli maraqlara biganəlik, ermənilərlə dostluq cəhdləri yolverilməzdir. Bu cür hərəkətləri milli maraqlara, torpaqlarımızın işğaldan azad olunması işinə xəyanət və təslimçilik mövqeyi kimi dəyərləndiririk. Bu cür antimilli gənclərin yetişdirilməsinin məsuliyyəti partiya rəhbərlərinin üzərinə düşür. Bu partiyalar ya antimilli platformada olduqlarını etiraf etməli, ya da mövqelərində düzəliş etməlidirlər”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->