Xəbər lenti

QAT-ın tədbirində erməni də iştirak edəcək?
Siyasət 17:57 22.05.2013

QAT-ın tədbirində erməni də iştirak edəcək?

Türkiyə ermənisi Qarabağ Azadlıq Təşkilatının qurultayında iştirak etmək istəyir

İyunun 1-də Qarabağ Azadlıq Təşkilatının (QAT) qurultayı keçiriləcək. QAT-ın mətbuat xidmətindən verilən məlumata görə, təşkilat komitəsi qurultaya hazırlıq işlərini yekunlaşdırıb, tədbirin keçiriləcəyi yer də müəyyən olunub. “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi öz qərargahını qurultay üçün ayırsa da, say tutumu baxımından yer əlverişli olmadığına görə tədbirin başqa yerdə - Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçirilməsi qərara alınıb.

Məlumatda o da qeyd olunub ki, qurultaya xaricdən də qonaqların gəlişi gözlənilir. Bu baxımdan bir məsələ problem yaradıb: “Belə ki, Türkiyənin İstanbul şəhərində yaşayan erməni əsilli bir yazar QAT-ın qurultayına qatılmaq istədiyini bildirib və bununla bağlı QAT-ın Türkiyə təmsilçiliyinə müraciət edib. Levon Dabağyan adlı bu şəxsin vaxtilə Alparslan Türkeşlə dost münasibətlərində olduğu, onun barəsində kitab yazdığı, “erməni soyqırımı” iddialarını inkar etdiyi, Milliyyətçi Hərəkat Partiyasının üzvü olduğu və Qarabağ məsələsində obyektiv mövqe tutduğu bildirilir. QAT-ın hər hansı erməni nümayəndəsinin Azərbaycana səfəri ilə bağlı mövqeyi aydındır. Nə qədər ki, torpaqlarımız işğal altındadır, heç bir erməninin, hətta “yaxşı” erməninin də səfəri mümkün deyil. Lakin QAT-ın Türkiyə təmsilçiliyinin bu məsələdə təkid etməsi məsələni bir qədər çətinləşdirir. Ona görə də təşkilat komitəsi bu məsələ ilə bağlı son qərarını yaxın günlərdə verəcək”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->