Xəbər lenti

Qaxda iki nəfəri sahibsiz it dişlədi
Ölkə 23:36 08.03.2020

Qaxda iki nəfəri sahibsiz it dişlədi

Bu gün günorta saatlarında Qax rayonunun Qaşqaçay kənd sakini, 2010-cu il təvəllüdlü Rahib Fuad oğlu Qurbanov sahibsiz itin hücumuna məruz qalıb.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, o, başın alın nahiyəsinin it dişləməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət edib. 

Yaralıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb. 

Günün ikinci yarısında Qaxda daha bir it dişləməsi hadisəsi qeydə alınıb. Rayonun Ağyezli kənd sakini, 2000-ci il təvəllüdlü Məhəmməd Eyvaz oğlu Əllazov sağ ayağının it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M.Əllazova lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra evə buraxılıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->