Xəbər lenti

Ölkə 10:57 19.11.2017

Nazirlikdən Qaxdakı meşə yanğınları ilə bağlı açıqlama (YENİLƏNİB)

Ötən gün Qax rayonunun yüksək dağlıq ərazisində başlayan və hələ də davam edən yanğın otlaq sahəsini əhatə edir və meşə zonasına aid deyil.

"Qaynarinfo" xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanan ərazi meşə zonasından uzaq məsafədədir: "Yanan ərazi meşə zonasından uzaq məsafədə olsa da, hər ehtimala qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə İdarəsinin əməkdaşları həmin ərazidədirlər. Əməkdaşlarımız tərəfindən yanğının meşə ərazisinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür".

Qeyd edək ki, Qaxda ötən gün dağlıq ərazidə yanğın başlayıb. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün söndürülməsində çətinliklər yaranıb.
 
***
Qax rayonunun dağlıq zonada yerləşən meşəlik ərazisində yanğın baş verib.
 
 
"Qaynarinfo"nun report-a istinadənməlumatına görə, yanğın ötən gün axşam saatlarından etibarən rayonun İlisu kəndi yaxınlığında, Qax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində qeydə alınıb.

Havanın qaranlıq, ərazinin isə dağlıq olması ilə əlaqədar yanğının söndürülməsi işləri səhərə qədər təxirə salınıb. Hazırda yanğın davam edir. Qax Yanğından Mühafizə Hissəsi və müşahidə qrupu yanğının söndürülməsi üçün səhər saatlarında dağlıq əraziyə yollanacaq.

Ərazidə otlaq sahəsinin, kol-kosun və yaxud ağacların yanması ilə bağlı dəqiq məlumat yoxdur.
 
Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?