Qazaxıstanın Ak Zhol Demokrat Partiyası sədrinin vəkili Kazbek İsa Petropavlovsk, Pavlodar və Semey şəhərlərinin də adlarının dəyişdirilməsini və bunlara tarixi şəxsiyyətlərin adlarının verilməsini təklif edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Petropavlovs şəhərinin Xan Abilay, Pavlodarın ölkənin müstəqilliyi üçün mübarizə aparmış Kenessari və Semeyin də ictimai xadim və alim Əlixan Bukeyxanovun adı ilə adlandırılması fikrini irəli sürüb.
Daha sonra siyasətçi bunun subyektiv fikri olduğunu deyib.
Qeyd edək ki, Kazaxıstanın paytaxtı Astana şəhərinin adı bir müddət öncə dəyişdirilərək, ölkənin sabiq prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan edilib. Bu təşəbbüsü onun istefasından sonra növbəti seçkilərə qədər prezident vəzifəsini icra edən Qasım-Comərd Tokayev irəli sürmüşdü.
Şərhlər