Xəbər lenti

İdman 15:20 22.02.2021

Qazaxıstanlı idmançı azərbaycanlı döyüşçünü duelə çağırdı

Azərbaycanlı MMA döyüşçüsü Aqşin Babayev Cəsur Döyüş Federasiyası (Brave Combat Federation) ilə müqavilə bağlayıb.

Bu barədə "Bakı Döyüş Klubu”nun "instagram” hesabında paylaşım edilib. Babayev, federasiya ilə 5 döyüşlük sözləşmə imzalayıb.

Qazaxıstanlı döyüşcü Nurcan Akişev "instagram” hesabı vasitəsilə Aqşin Babayevi döyüşə çağırıb. O, 2 il əvvəl Babayevlə döyüşməli olduğunu, lakin azərbaycanlı idmançının başqa şirkətlə müqavilə imzalamasına görə görüşün baş tutmadığını bildirib.

Babayevin Nurcana cavabı gecikməyib və o, "instagram” hesabı vasitəsilə döyüşə hazır olduğunu bildirib. Azərbaycanlı idmançı həmçinin, 2 il əvvəl ona Akişevlə döyüşməyin təklif olunmadığını bildirib.

Aqşin Babayev 21 döyüşə çıxıb və 14 qələbə qazanıb, 6 dəfə məğlub olub, 1 döyüşü də rəqibin qadağan olunmuş yerə zərbə vurması səbəbindən baş tutmamış hesab olunub. Nurcan Akişev isə 8 döyüşün 6-da qələbə qazanıb, 2-də uduzub. //Komanda.az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?