“Qazprom”: Moskva Kiyevə tranzit qarşılığında Rusiya qazını almağı təklif etmir

“Qazprom”: Moskva Kiyevə tranzit qarşılığında Rusiya qazını almağı təklif etmir

Moskva Kiyevə davam edən yanacaq tranziti müqabilində Rusiya qazını almağı təklif etmir.


Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, bu barədə "Qazprom”un məlumat şöbəsi bildirib.

 

Şirkət "Naftoqaz” rəhbəri Yuri Vitrenkonun Ukraynanın "Qazprom” rəhbərinin 2024-cü ildən sonra bazar şərtləri ilə "Şimal axını 2”-nin başlanğıcı fonunda yanacaq nəqlinə davam etməsi təklifindən məmnun qalmayacağına dair açıqlamalarına belə reaksiya verib.


"Diqqətinizə çatdırmaq istəyirik ki, heç kim Ukraynaya Rusiya qazını almağı təklif etməyib. "Qazprom” İdarəetmə Komitəsinin sədri Aleksey Millerin fikirləri AB ölkələrindəki, ilk növbədə Almaniyadakı ortaqlarımıza ünvanlanıb”, - "Qazprom” nümayəndələri vurğulayıblar.


Şirkət həmçinin AB-nin karbohidrogenlərdən enerji mənbəyi kimi imtina etməsi fonunda 2024-cü ildən sonra Avropa istehlakçıları ilə yeni müqavilələr çərçivəsində Ukrayna ərazisindən keçən qaz tranzitindən bəhs etdiyini də deyib.


Xatırladaq ki, bundan əvvəl Vitrenko Kiyevin bahalı yanacaq idxalının əvəzinə Rusiya qazının tranzitini təşkil etməyəcəyini deyib.


İndi Ukraynanın qaz idxalına tranzit üçün aldığından daha az xərclədiyini və bununla da karlı vəziyyətdə qaldığını və dövlət büdcəsini doldurduğunu vurğulayıb. Vitrenko "Ukraynadan pulun Rusiyaya getməsinə səbəb olan hər hansı bir razılaşmaya ehtiyacımız yoxdur", - deyə vurğulayıb.

XƏBƏRLƏR
BLOGLAR
X