Bu gün Qəbələ şəhər stadionunda 2017/18 mövsümünə yekun vurulur. Azərbaycan Kubokunun final görüşündə "Keşlə” və "Qəbələ” komandaları üz-üzə gəlirlər.
Matçın təşkilatçısı olan Peşəkar Futbol Liqası oyundan öncə açılış mərasimi təşkil edib. Tədbirin aparıcısı olan tanınmış şoumen Kamran Həsənlinin Azərbaycan Respublikasının 100 illiyinə həsr olunmuş nitqi və finalçılar barədə ümumi məlumatdan sonra rumıniyalı müğənni Seeya səhnəyə dəvət olunubş
Daha sonra Peşəkar Futbol Liqasının Azərbaycan Respublikasının 100 illiyi ilə əlaqədar dövlət himnimizin milli alətlərlə olan instrumental versiyası tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Məlumat üçün bildirək ki, PFL bu himni Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən məkanlarda lentə alıb. Son çəkiliş nöqtəsi isə yeni qəhrəmanlıq simvolumuz olan Lələtəpədə çəkilib. Himn Azərbaycan Respublikasının 100 illiyinə həsr olunub.
Şərhlər