"Qəbələ"nin Niderland təmsilçisi ilə matçının hakimləri müəyyənləşdi

"Qəbələ”nin UEFA Gənclər Liqasında 2021/22 mövsümünün I mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb. 

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, çempionlar yolunda mübarizə aparacaq "Qəbələ"nin U-19 komandasının Niderland "Alkmaar”ı ilə qarşılaşmasına Ukraynadan olan hakimlər təyinat alıb. 

Sentyabrın 29-da Qəbələ şəhər stadionunda baş tutacaq görüşün baş hakimi Viktor Kopilevski olacaq. Ona həmyerliləri Vitali Skobila və Vladimir Korotin kömək edəcək. Dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Fərid Hacıyev yerinə yetirəcək.

Matç saat 17:00-da başlayacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ
İlk oyun, 29 sentyabr

17:00. "Qəbələ” (Azərbaycan) – "Alkmaar” (Niderland)

Hakimlər: Viktor Kopilevski, Vitali Skobila, Vladimir Korotin (Ukrayna), Fərid Hacıyev (Azərbaycan)
Qəbələ şəhər stadionu
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X