İngiltərədə rahibə libası geyinmiş qadın skeletlə rəqs edib.
Qaynarinfo xəbər verir ki, rahibə libası geyinmiş qadın İngiltərədəki Hull qəbiristanlığında qazıb çıxardığı insan və it skeletləri ilə rəqs edib.
Onun qəribə davranışlarını həmin vaxt oradan keçən şəxs görüb. Avtomobilini saxlayan sürücü həmin anların lentə alıb.
Bunu görən ətrafdakılar da avtomobillərini saxlayıb qadının video və şəklini çəkiblər.
Qadının kim olduğu və niyə bu cür hərəkət etdiyi ilə bağlı heç bir məlumat verilmir.
Qeyd olunur ki, İngiltərə tarixində bir çox tanınmış şəxslərin dəfn edildiyi qəbiristanlıq 50 ildir ki, istifadə edilmir.
Xəyal
Şərhlər