Xəbər lenti

Qərb Pekini sıxışdırır: Azərbaycanda Çin elektromobilləri bahalaşacaq?  (AÇIQLAMA)
Ekonomiks 22:05 21.06.2024

Qərb Pekini sıxışdırır: Azərbaycanda Çin elektromobilləri bahalaşacaq?  (AÇIQLAMA)

"Avropa Birliyi və ABŞ-da gömrük rüsumları dəyişdirilib”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Qərbin Çin elektromobillərinə yüksək vergi tətbiq etməsini şərh edərkən deyib.

Natiq Cəfərli bu qanunun Azərbaycana təsiri olmayacağını bildirib:

"Azərbaycanda vergi dərəcələri dəyişməyib. Buna görə, bu qərarın Azərbaycan bazarına hər hansı təsirinin olacağını düşünmürəm”.
 
Qeyd edək ki, Kanada hökuməti ABŞ və Avropa İttifaqının liderliyindən sonra Çindən elektriklə işləyən avtomobillərin ixracına tariflər tətbiq etməyi planlaşdırır. Kanadanın baş naziri Castin Trüdo hökuməti Qərb ölkələrinin təzyiqləri fonunda ABŞ və Avropa İttifaqından nümunə götürərək, Çinin elektromobillərinə tariflərin tətbiqi məsələsi ilə bağlı ictimaiyyətlə məsləhətləşmələrin başlandığını tezliklə elan edə bilər. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->