Dünya 17:25 12.09.2017

Qeyri-adi festival: Ölülər məzardan çıxarılır (FOTOLAR)

İndoneziyada qeyri-adi festival təşkil edilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Sulavasi bölgəsində yaşayan Torajan etnik qrupu çox sevdikləri şəxslərdən birinin cəsədini məzardan çıxarırlar. Ölən şəxslə əlaqələrinin sonlanmadığına inanan bu şəxslər cəsədləri bir müddət evlərində saxlayırlar. Qeyri-adi festival zamanı məzarlar qazılır, çıxarılan cəsədlərə geyimlər geyindirilir, bəziləri hətta siqaret belə çəkdirir. 

Qeyd edək ki, yaxınları ölən qrup üzvləri meyitləri mumyalayıb bir neçə həftə evdə saxlayandan sonra basdırırlar.




Gülşən

Qaynarinfo.Az