Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Bu gün gecə saatlarından başlayaraq paytaxtda hava şəraitinin dəyişildiyi, yağış yağdığı və bəzi ərazilərdə isə yağışın leysan xarakterli olduğu müşahidə olunur.
Bunu Qaynarinfo-ya açıqlamasında Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O, qeyri-sabit hava şəraitinin gün ərzində davam edəcəyini və axşam saatlarına doğru yağışın yağmasında fasilələr yaranacağını bildirib.
"Sentyabrın 24-ü gün ərzində yağmursuz hava şəraitinin müşahidə olunacağı, gecə saatlarında yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq, havanın tempraturu ötən günlərlə müqayisədə təxminən 2-4 dərəcə aşağı enəcək, günorta saatlarında tempraturun 24-25 dərəcədən yüksək olacağı gözlənilmir. Lakin sentyabrın 25-də ölkə ərazisində yağmursuz hava şəraitinin keçəcəyi gözlənilir".
Çingiz Səfərli
Şərhlər