Xəbər lenti

Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Dünya 21:30 15.05.2021

Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi

"Microsoft” şirkətinin sahibi Bill Qeyts boşandığı həyat yoldaşı Melinda Qeytsə külli miqdarda təzminat ödəyib.

Bu barədə "Report” "Bloomberg” nəşrinə istinadən yazır.

Qeyd olunub ki, Melindaya məxsus "Deere & Co” şirkətinə Bill Qeytsə aid "Cascade Investment” şirkətindən 3 milyard ABŞ dolları dəyərində aktivlər transfer edilib. Aktivlərə qiymətli kağızlar, özəl və riskli kapital, enerji və hotel sahəsinə aid aksiyalar daxildir.

Xatırladaq ki, "Deere & Co” kənd təsərrüfatı texnikaları istehsal edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->