Dünya 16:07 21.10.2020

Qırğızıstanda iqtisadi amnistiya: korrupsionerlərə 30 gün vaxt verildi

Qırğızıstan Prezidenti vəzifəsini icra edən Baş nazir Sadir Japarov ölkə səlahiyyətlilərinin qanunsuz olaraq əldə etdikləri pulları dövlət xəzinəsinə əvəzsiz olaraq geri qaytarmaları üçün 30 gün vaxt verib.


Qaynarinfo xəbər verir ki, bu haqda Qırğızıstan hökumətin mətbuat xidməti məlumat yayıb.


"İstəyirəm ki, hər şeyi özləri açsın və faktlar haqqında real məlumat versinlər", - Japarov deyib.


Japarov məmurları gizli pullar və hesablar barədə məlumatları açıqlamağa çağırıb. Bütün məlumatların tamamilə məxfi olacağına zəmanəıt verilib. Bunu 30 gün ərzində etməyən hər kəs qanunla cəzalandırılacaq.


Bundan əlavə, Japarov hesab edir ki, məmur və sahibkarlar ölkənin inkişafına daxili sərmayələr qoymalıdırlar.

 

Alpər