Qırmızı Xaç Qarabağda varlığını artırır: 50 milyon dollar və 500 adam

Qırmızı Xaç Qarabağda varlığını artırır: 50 milyon dollar və 500 adam

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Peter Maurer Dağlıq Qarabağda nümayəndəliyin maliyyələşdirilməsinin demək olar ki, 5 dəfə artacağını, bununla yanaşı tərkibinin genişlənəcəyini deyib. 

Qaynarinfo xəbər verir ki, İkinci Qarabağ müharibəsinə qədər Qarabağ üçün missiyanın büdcəsi 11 milyon dollara çatmırdısa, indi 49,4 milyon dollar təşkil edəcək. Bundan əlavə bölgəyə 400-500 nəfər göndəriləcək.

Maurerin sözlərinə görə, hazırda ən çətin olan qurbanların cəsədlərini tapmaqdır. Üstəlik, cəsədlər vaxtında tapılmazsa, yer üzü çirklənəcək. 

Xatırladaq ki, bir qədər əvvəl Ermənistan hakimiyyəti Qarabağda bir neçə yüz hərbçisinin itkin düşdüyünü bildirib.
 
Alpər

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR