Xəbər lenti

İdman 14:14 18.10.2021

"Qırxayaq" ləqəbli futbolçu dünyasını dəyişdi

"Samsunspor"un sabiq prezidenti və futbolçusu Emin Kar dünyasını dəyişib.

Qaynarinfo Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 1989-cu ildə keçirdiyi avtomobil qəzasından sonra iflic olan sabiq prezident bir neçə gün öncə müalicə aldığı özəl xəstəxanaların birində, 61 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub. 

!989-cu ilin 20 yanvarında keçirdiyi qəza səbəbindən belindən aşağı hissəsi idflic olan Karın futbolçu karyerası elə həmin vaxtdan bitmişdi.  Bacarıqlarına görə komandada "Qırxayaq" ləqəbi ilə tanınan sabiq futbolçu klub tarixinin ən yaxşıları arasında "11-lik"də yer almışdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->