Hidrometeorologiya Mərkəzinin rəhbəri Roman Vilfand Rusiyada anomal istilərlə müşayiət olnan qışın səbəbini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Vilfand həmin səbəbin Atlantikadan gələn isti küləklər olduğunu deyib. İsti küləklər ona gətirib çıxarıb ki, ölkənin Asiya ərazisində qış "son dərəcə isti" keçməyə başlayıb.
"Atlantikdən gələn hava axını Avrasiyanın dərinliklərinə qədər sirayət edib. Bu vəziyyətin bu qədər davam etməsi isə qeyri-adi haldır”, - deyə sinoptik qeyd edib.
Vilfand vurğulayıb ki, qışda Atlantik havası nadir hallarda Rusiyanın Asiya hissəsinə çatır, amma bu il əsl anomaliya var.
Şərhlər