"DAİM” Mərkəzi 2021-cu ilin yekunlarına dair "Qızıl Buta" Mükafatının təqdimat mərasimini keçirəcək.
"DAİM” Mərkəzinin sədri Zaur Mirzə-zadə bildirib ki, ənənəvi olaraq artıq 11 ildir müxtəlif nominasiyalarla səsvermədə qalib olmuş şəxsləri təltif edirlər.
"Bu il də 2-15 dekabr tarixləri arasında sorğu keçirilir. Sorğu Xalq.az xəbər portalının texniki dəstəyi ilə həyata keçirilir. Budəfəki sorğu sayt üzərində, anket-sorğu formasında sosial şəbəkələrdə, həmçinin "DAİM” Mərkəzinin koordinatorları tərəfindən aparılacaq. Sosial şəbəkələrdə, sayt üzərindən keçirilən səsvermələrə və aparılan sorğulara əsasən, qaliblər müəyyən olunacaq. Müxtəlif nominasiyalar üzrə keçirilən sorğuda qaliblər "Qızıl Buta" Mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və qaliblər möhtəşəm tədbirdə mükatlandırılacaqlar”.
Şərhlər