Xəbər lenti

Qızıl istehsal edən bakteriya (FOTOLAR)
Dünya 19:15 11.02.2018

Qızıl istehsal edən bakteriya (FOTOLAR)

"C-metallidurans" bakteriyası üzərində həyata keçirilən araşdırmalar yeni və təəccüblü faktı ortaya çıxarıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bakteriya böyük miqdarda ağır metalın olduğu torpaqlarda yaşayır və bu maddələrlə qidalanaraq həyatına davam edir. Qızıl və digər ağır maddələr canlı orqanizminə daxil olduqda zəhərli, hətta öldürücü təsir göstərə bilər. Lakin "C-metallidurans" ağır metalları həzm edir, özünü zəhərlənməkdən müdafiə məqsədilə bu maddələrin artığını bədənindən xaric edir. Nəticədə, bakteriya maddələrdə olan qızıl atomlarını bir yerə yığaraq qızıl kristalları ifraz edir. Alimlər bu canlının mədən komponentlərini həzm edərək birləşdirməsi prosesi ilə yaxından maraqlanırlar.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->